YÖS

YÖS imtahanı haqqında 

Türkiyədə bakalavr təhsili almaq istəyənlərin verməli olduğu imtahanlardan biri də YÖS – Yabancı Öğrenci Sınavıdır.Hər il Türkiyəyə təhsil üçün üz tutmuş 180.000-dən artıq tələbənin 50.000-dən çoxu məhz YÖS imtahanlarından uğur qazanaraq universitetlərə qəbul alır.

1981-ci ildən bu yana təşkil edilən YÖS imtahanının ümumi ölkə üzrə  keçirilməsi 2010-cu ildə ləğv olunmuş və əvəzində Türkiyə universitetləri öz daxili YÖS imtahan proqramlarını tərtib etmişdir. Universitetlərin adlarına uyğun olaraq onlardan bir neçəsi belə adlandırılır- IÜYÖS, MUYÖS,EGEYÖS,AÜYÖS.

Eyni vaxtda bir çox dövlət universitetlərinin verdiyi daxili YÖS sertfikatının digər universitetlər üçün də keçərliliyi olduqca yüksəkdir.Bu da tələbələrin işini daha da asanlaşdırır.

YÖS imtahanının strukturu

Azərbaycanlı gənclərin də Türkiyədə təhsil üçün müraciət etdiyi  əsas proqramlardan biri YÖS-dür. Bu imtahandan keçməklə Türkiyənin 150 dən çox dövlət və özəl universitetində bakalavr təhsili almaq mümkündür.

İmtahanın ümumi strukturuna gəldikdə isə deyə bilərik ki, YÖS imtahanları iki mərhələdən ibarət olur:

1.Məntiq və riyaziyyat

2.Türk dili

Birinci mərhələ 45 məntiq, 35 riyaziyyat olmaqla  ümumilikdə 80 sualdan təşkil edilir və namizədlərə  verilən vaxt limti 90 dəqiqədir.

İkinci mərhələ isə 60 dəqiqə olub, yalnız türk dili üzrə 60 sualdan ibarət olur.Bu mərhələnin nəticəsi universitetlərdə türk dilində təhsil almaq üçün zəruri hesab edilən göstəricilərdəndir.

YÖS imtahanından toplanıla biləcək ən yüksək bal 100-dür.

Qeyd edək ki, Türkiyədə güzəştli şərtlərlə təhsildən yararlanmaq istəyən namizədlərin 60 dan çox bal toplaması zəruridir.

YÖS imtahanına qeydiyyat nə zaman başlayır?

YÖS imtahanı üçün müraciətlərə ümumiyyətlə mart – iyun aylarında start verilir. Bu aylar arasında universitetlər müraciət tarixlərini, imtahan tarixlərini və kvotalarını elan edirlər.

YÖS imtahanın tarixləri isə hər il universitetlər tərəfindən özlərinin seçdiyi müxtəlif vaxtlara müvafiq gəlir.