SAT

Türkiyə, ABŞAvropanın bəzi universitetlərində ingiliscə bakalavr təhsili almaq üçün əsas tələb olan SAT, Scholastic Aptitude Test adlanır və beynəlxalq sertifikatlaşdırma imtahanıdır. Bundan əlavə, ölkəmizdə də bu imtahanın keçərli olduğu universitetlər mövcuddur.

UNEC, ADAXəzər kimi universitetlərdə imtahansız təhsil almağınız üçün SAT nəticənizin olması kifayətdir.

SAT imtahanın mərhələləri

SAT imtahanı SAT 1SAT 2 olmaqla iki hissəyə bölünür.

SAT 1-də “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır və “Riyaziyyat”, “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir.

SAT 2 isə “Subject Test” 1 saatlıq bir test imtahanıdır və bu mərhələdə suallar daha çox seçmə fənnlərdən ibarətdir. SAT 2-də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis dili səviyyəniz  upper-intermediate (B2) olmalıdır, çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir.

SAT imtahanında maksimum bal neçədir?

Criticial Reading və Riyazi hissə hər biri 800 bal olmaqla, ümumilikdə 1600 bal toplamaq mümkündür.

Spesifik fənlərdən təşkil olunmuş SAT2 də isə  ballar 200-800 intervalında dəyişir.

Xəyallarındakı SAT nəticəsini əldə etmək və xaricdə uğurlu karyeraya ilk addımını atmaq istəyirsənsə bizə müraciət et.