GPA ilə Magistr və Doktora təhsili
Azərbaycanlı tələbələrin magistr təhsili üçün ən çox üz tutduqları ölkə universitetləri məhz Türkiyənin nəzdindədir. Türkiyədə magistr təhsil pilləsinə qəbul bir neçə mərhələlərdə aparılır və universitetlər həm imtahanla, həm də imtahansız qəbul prosesini həyata keçirirlər.
Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, ən azından magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu pillə üzrə Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm coğrafi cəhətdən yaxın olması, həm mədəniyyətlərimizin oxşaması, həm də təhsilin yüksək səviyyədə olması tələbələri bu ölkəni seçməyə vadar edir. Türkiyədə demək olar ki, bütün bölgələrdə dövlət universiteti var. Ən çox İstanbul, Ankaraİzmir şəhərlərində yerləşən bu universitetlərdə təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burada oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstəcisidir ki, qəbul üçün rəqabət çox güclü olur. Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili mümkündür. Dövlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi proqramlar var ki, onlar bahadır. Məsələn, Marmara universitetində proqramlar 10.000 TL-dir.