Attestatla Qiyabi təhsil
Ali təhsil müəssisələrində təhsilalma formaları əyaniqiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, buna baxmayaraq qiyabi təhsili seçənlər heç də az deyil. Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına olan tələbat istər ölkəmizdə, istərsə də xaricdə gündən-günə artmaqdadır. Əgər siz həm Türkiyədə təhsil almaq, həm də ölkədən kənara çıxmaq istəmirsinizsə onda sizin üçün ən doğru seçim Türkiyədə qiyabi təhsildir. Türkiyədə qiyabi təhsil əsasən dövlət universitetləri tərəfindən və xüsusi seçilmiş ixtisaslar üzrə həyata keçirilir. Təhsilin qiyabi formada olmasına baxmayaraq universitetlərin illik ödənişi ölkəmiz və Avropaya nisbətdə olduqca münasibdir. Siz ənənəvi qiyabi təhsildən fərqli olaraq seminarlara online qoşulacaq, ildə yalnız 6 aydan bir sadəcə 3 gün müddətində imtahan vermək üçün Türkiyəyə getməli olacaqsız. Bu səbəbdən Türkiyədə qiyabi təhsili çox vaxt qiyabi yox distant təhsil adlandırırlar. Əyani təhsildə olduğu kimi qiyabi formada da təhsil müddəti 4 ildir. 4 ilin sonunda alacağınız diplom isə ölkəmizdə və eləcə də Avropanın 30-dan çox ölkəsində tanınacaq. Yaşından aslı olmayaraq hərkəs tək attestatla Türkiyə universitetlərindən qiyabi təhsil alaraq məzun ola bilər.