TYS/TÖMER

Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahandan biri də TÖMER (Türk dili haqqında sertifikat) dir.

İmtahanın keçirilmə məqsədi xarici tələbələrin türkcə dil biliyinin yoxlanılmasıdır. Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə bir başa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində müraciətdə isə artıq TÖMER sertifikatınızın olması zəruridir.

TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.Bu həm vaxt itkisi, həmçinin də pul itkisidir

TÖMER Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər namizəd üçün gərəkli sertfikat hesab edilir:

  • Attestatla bakalavr təhsili almaq istəyənlərə
  • Magistr təhsili almaq istəyənlərə
  • YÖS-lə bakalavr təhsili almaq istəyənlərə
  • Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
  • Doktorantura oxumaq istəyənlərə