ALES

Türkiyədə magistr və doktorantura pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün gərəkli imtahanlardan biri ALESAkademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı adlanan akademik göstərci sınavıdır.

ALES imtahanının strukturu

İmtahan məntiq və riyaziyyat olmaqla iki fənn üzrə aparılır. Hər iki fənn bloku eyni sual kitabçasında və hər bölmə üzrə 50 sual olmaqla, namizədlərə ümumilikdə 100 sual təqdim edilir.

İmtahanın keçirildiyi dil Türk dilidir.

ALES

Riyaziyyat – sadədən çətinə doğru gedən bir çox məsələ və hesablamaları özünə cəmləyən bu bölmə daxilində, həndəsi problemlər də qarşıya qoyulan məslələrsırasında yer alır.

Məntiq – cümlələr və hissələrdəki məna, cümlələri və mətnləri tamamlamaq, qəti bir qərara gəlmək, düşüncə axınını pozan ifadəni tapmaq və əsərdəki məna bütövlüyünü təmin etmək kimi başlıqlar altında suallardan ibarət olur. Hər bir testdəki suallar konkret ali təhsil proqramlarında əldə edilmiş səriştələrin və biliklərin ölçülməsinə yönəlməyəcəkdir.

Test sualları müxtəlif sahələrdən olan ali təhsil müəssisələrinin məzunları cavablandıra biləcək səviyyədədir.

Türkiyə Dövlət Universitetlərində magistr təhsili almaq istəyən namizədlər mütləq analitiq düşüncənin yoxlanmasına əsaslanan ALES imtahanında müvafiq balı toplamalıdır.

ALES-in keçirilmə vaxtı

ALES imtahanı payızda 2, yazda 1 dəfə olmaqla, ildə 3 dəfə təşkil edilir.

Bu imtahan nəticəsinin keçərlilik müddəti isə 3 ildir.